Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullar keçirilib

08 avqust 2019 | 16:00

   2019-cu il avqust ayının 6-da İtitalada, 8-də isə Şambul kəndində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbullar keçirib.

   Görüşlərdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, ilin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərib. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.

   Diqqətə çatdırılıb ki, ölkə başçısının imzaladığı fərman və sərəncamlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

   Səyyar qəbulda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, sel sularından mühafizə üçün çay kənarına bənd vurulmasına, Meşəşambul kəndində yeni məktəb binasının tikilməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.

   Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.                  

Keçidlər