Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Sarıbulaq kəndində keçirilib

15 avqust 2019 | 16:00

   2019-cu il avqust ayının 15-də Sarıbulaq kəndində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbul keçirib.

   Görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Rüfət Əliyev də iştirak edib.

   Görüşdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, 31 iyul 2019-cu ildə ölkə prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən cənab Prezident bildirib ki, bu ilin altı ayı ərzində qarşıya qoyulan vəzifələr uğurla icra edilib, qeyri-neft sektorunun inkişafında sevindirici nəticələr əldə olunub. İqtisadiyyat 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, sənaye 15,7 faiz, kənd təsərrüfatı 13 faiz artıb.

   İslam Rzayev bildirib ki, ilin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərib. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.

   Səyyar qəbulda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, kənddaxili yolun asfaltlanmamış hissəsinə asfalt vurulmasına ehtiyac olduğu diqqətə çatdırılıb.

   Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.                 

Keçidlər