Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

24 sentyabr 2019 | 16:00

  Sentyabrın 23-ü və 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib.

   Balakən rayon Qabaqçöl qəsəbəsində keçirilən seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, DQİDK-nın məsul əməkdaşı Tərxan Paşazadə, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Balakən RİH-nin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Fariz Nəcəfov, qəsəbə ictimaiyyətinin nümayəndələri, din icma sədrləri, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.

   Seminar-treninqi giriş sözü açan Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Fariz Nəcəfov DQİDK-nın həyata keçirdiyi bu kimi tədbirlərin önəmindən bəhs edib.

   DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadə dini radikalizm və onun törətdiyi fəsadlar, dini radikalizmin yayılmasına qarşı mübarizə yolları barədə çıxışı edib. Şöbə müdiri onu da deyib ki, təmsil etdiyi qurum din adı altında müxtəlif qruplar tərəfindən yaradılan məqsədyönlü problemlər, dini radikalizmə qarşı mübarizə sahəsində işlər həyata keçirir.

   Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, DQİDK-nın məsul əməkdaşı Tərxan Paşazadə və başqaları çıxış edərək dini radikalizmin fəsadlarından danışıblar.

   İkigünlük seminar-treninq müzakirələr əsasında davam edib, iştirakçıların sualları cavablandırılıb və din xadimlərinin fikirləri dinlənilib.                                 

Keçidlər