Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü ilə bağlı keçirilən ümumrayon tədbiri möhtəşəmliyi ilə diqqəti cəlb edib

08 noyabr 2019 | 16:00

   9 noyabr –Dövlət Bayrağı Günü münasibətilə Balakən rayonunda bayram tədbiri keçirilib. Bu münasibətlə yüzlərlə rayon sakininin qatıldığı bayraq yürüşü təşkil olunub. Yürüş iştirakçıları Şəhidlər Xiyabanından Bayraq muzeyinə qədər olan məsafəni qət ediblər. Yürüşün əsas məqsədi milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması olub.

   Bayraq muzeyində dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev vurğulayıb ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli, ay-ulduzlu bayraq milli suverenliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayraq bizim milli dəyərimiz, qürur mənbəyimizdir.

   Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov qeyd edib ki, Prezident İlham Əliyevin 2009-cu il tarixli fərmanı ilə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.

   Tədbir incəsənət ustalarının ifasında vətənpərvər mahnıların, bayrağımıza həsr olunmuş şeir və rəqslərinin ifası ilə davam edib.                        

Keçidlər