Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfrans keçirilmişdir

01 may 2013 | 15:00

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi Balakən rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlərlə geniş qeyd olunur.
Əlamətdar yubiley münasibətilə mayın 1-də Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun təhsil, mədəniyyət və turizm şöbələrinin birgə təşkilatçılığı ilə “Əbədiyaşar şəxsiyyət” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərə həsr olunmuş sərgiyə baxmışlar.
Konfransda çıxış edən natiqlər bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs etmiş, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Məruzə və çıxışlarda Ulu Öndərin əsasını qoyduğu uğurlu sosial-iqtisadi siyasətin hazırda dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə, regionların iqtisadi inkişafında böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulanmışdır.
Ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə Təhsil Nazirliyi tərəfindən keçirilmiş respublika inşa müsabiqəsi və şahmat birinciliyində fərqlənənlərə mükafatlar təqdim edilmişdir.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Zirvə” adlı tamaşa-kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər