Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 12 noyabr-Konstitusiya Günü qeyd edilib

12 noyabr 2019 | 16:00

   Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında milli Konstitusiyamızın qəbul edilməsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxışında bildirib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən olmaqla, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

   Təntənəli yığıncaqda rayon prokuroru Qoşqar Əhmədovun məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, əsas prinsipləri müstəqil Azərbaycanın firavan gələcəyinə hesablanan Konstitusiyamızın qəbulundan keçən qısa tarixi zamanda ölkəmiz müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada böyük uğurlar qazanıb. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da artır, Azərbaycan yeni üfüqlərə doğru inamla irəliləyir. Natiq Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin daha da inkişaf etməsinə xidmət edib.                                

Keçidlər