Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 17 Noyabr-Milli Dirçəliş Günü qeyd olunub

16 noyabr 2019 | 16:00

   Noyabrın 16-da Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzbati binasında Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarına dolayısı ilə dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda xalqın etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələndiyini bildirib.

   Tədbirdə məruzə ilə çıxış edən rayon RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova qeyd edib ki, əslində Azərbaycanda dirçəliş hərəkatı ötən əsrin 80-ci illərindən deyil, Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dönəmində başlanıb. Bütün çətinliklərə baxmayaraq məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasət nəticəsində Azərbaycanda hərbi məktəb formalaşdı, yüzlərlə gənc xaricdə təhsil aldı. Müstəqilliyinin bərpasından sonra böhran, anarxiya içərisində boğulan dövlətimiz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yenidən dirçəldi. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən Balakən rayonunda da çox böyük infrastruktur, tikinti-quruculuq işləri uğurla aparılır.

   Digər çıxışlarda Milli Dirçəliş Gününün tarixi və əhəmiyyəti barədə geniş bəhs edilib.                                                

Keçidlər