Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlamlıq imkanı məhdud insanlara qayğı insanlıq və mənəvi borcumuzdur

03 dekabr 2019 | 16:00

   Dekabr ayının 3-də Beynəlxalq Əlillər Günü münasibətilə Balakən rayonunda tədbir keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Azərbaycanda sağlamlıq imkanı məhdud insanlar dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, dövlət proqramları icra olunur. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur.

   Həmçinin tədbirdə vurğulanıb ki, ölkəmizdə yaşayan əlil insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Respublikanın hər yerində olduğu kimi, Balakən rayonunda da əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Əlillərə qayğı hər kəsin insanlıq və mənəvi borcudur. Bildirilib ki, hazırda rayonda 7 min nəfərədək sağlamlıq imkanı məhdud şəxs yaşayır. Onlardan 113 nəfəri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirib.

   Tədbirdə çıxış edən sağlamlıq imkanı məhdud şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbir konsert proqramı ilə davam edib.

   Həmçinin rayon inteqrasiya təlimli internat tipli gimnaziyada əlil uşaqlar üçün əyləncə proqramı və “köpük şou” təşkil olunub.                               

Keçidlər