Şriftin ölçüsü :

Saytın rəngi :

“Könüllülər: inkluziv gələcək üçün” mövzusunda tədbir keçirilib

04 dekabr 2019 | 16:00

   2019-cu il dekabrın 4-də Balakən Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elan olunmuş “Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində “Könüllülər inkluziv gələcək üçün” mövzusunda tədbir keçirilib. Tədbirdə könüllülüyün tarixi və ölkəmizdə formalaşması haqqında gənclərə ətraflı məlumat verilib.

   Bildirilib ki, ölkəmizdə dövlət orqanları tərəfindən gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə könüllülük fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Vurğulanıb ki, könüllü olduqları müddətdə gənclər təmsil olunduqları qurumun iş qaydaları çərçivəsində yeni biliklər əldə edirlər.

   Daha sonra könüllük fəaliyyəti ilə bağlı film nümayiş etdirilib və gəncləri maraqlandıran suallar cavablandırılıb.                                      

Keçidlər