Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının məsul işçiləri Balakəndə vətəndaşlarla görüş keçiriblər

18 dekabr 2019 | 16:00

   Dekabrın 18-də Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçiləri rayon sakinlərini qəbul ediblər. Görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilərək, müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

   Qəbulda qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

   Həmçinin görüşdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

   Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər