Şriftin ölçüsü :

Saytın rəngi :

Beçağar və Qazbinə kəndlərində növbəti səyyar qəbul keçirilib

21 fevral 2020 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq Balakən İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 2020-ci il fevral ayının 13-də Beçağar, 20-də isə  Qazbinə kəndində  növbəti səyyar qəbul keçirib.
   Görüşlərdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri  vurğulayıb ki, respublikada aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip, ilk növbədə, əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə özünü göstərir.
   Səyyar qəbullarda sakinlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kəndlərdə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, kənddaxili yolun asfaltlanmamış hissəsinə asfalt vurulmasına, içməli su ilə təchizatın yaxşılaşdırılması üçün artezian quyularının qazılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
   Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.                         

Keçidlər