2020-ci təsərrüfat ili üçün tütün toxumu səpininə uğurla başlanıb
Cari mövsümdə Balakən rayonunun təsərrüfatlarında 450 hektarda tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər bu il 375 hektar sahədə “Virciniya”, 3 hektarda “Berley” və 72 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.
Təsərrüfatçılara tədarük məntəqələri olan “Azərtütün ASK” MMC, “Azəri” Korporasiyası və “İlham M” MMC tərəfindən tütün toxumu və polietilen örtük verilmişdir. Tütün şitillərinin yetişdirilməsi üçün hazırda istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması davam etdirilir. Tütün əkiləcək sahələr də müəyyənləşdirilib və şumlanaraq əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.
Rayon İcra Hakmiyyətinin başçısı İslam Rzayev və aidiyyəti şəxslər mütəmadi təsərrüfatçılarla görüşlər təşkil edir, onların təklif və problemlərini dinləyirlər.