Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı yaxşılaşdırılır

03 mart 2020 | 16:00

 Əhalinin, eləcə də digər istehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün 2019-cu ildə Balakən rayonunda zəruri tədbirlər davam etdirilib. Belə ki, ötən il 6/10/0,4 kilovoltluq 6 yeni transformator yarımstansiyası istismara verilib, 12 transformator əsaslı, 22 transformator cari təmir olunub. Rayonun Meşəşəmbul və Püştətala kəndlərində 2 yeni güc mərkəzi yaradılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə, yüksək və aşağı gərginlikli elektrik veriliş xətlərində 354 ədəd dayaq yenisi ilə əvəz edilib, 5,2 kilometr məsafədə təmir işləri aparılıb, 37,7 kilometr uzunluğunda yeni naqil çəkilib.
   Ötən il rayon əhalisinin təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məsələləri də diqqət mərkəzində saxlanılıb. Müddət ərzində 133 yeni abonentə təbii qaz verilərək əhali abonentlərinin ümumi sayı 21 min 202-yə çatdırılıb.
   Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayonun Katex, Tülü, Qazma, Şərif, Sarıbulaq, Xalatala, Meşəşambul, Qaysa və İtitala kəndlərində yeni artezian və subartezian quyuları qazılaraq əhalinin istifadəsinə verilib.

Keçidlər