Balakən rayonunun təhsil müəssisələri dezinfeksiya olunur
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonunun təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu günədək 47 ümumtəhsil məktəbində, 2 məktəbdənkənar müəssisədə, 25 uşaq bağçasında,Uşaq İncəsənət məktəbində və 2 Peşə məktəbində dezinfeksiya işləri aparılıb. Dezinfeksiyaedici tədbirlərin martın 9-dək başa çatdırılması nəzərdə tutulur. Dezinfeksiyaedici tədbirlər rayonun bütün təhsil müəssisələrini əhatə edəcək.
Həmçinin təhsil müəssisələrində məktəb kollektivləri, şagird və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlər, ekskursiyalar məhdudlaşdırılıb.