Şriftin ölçüsü :

Saytın rəngi :

Kapital Bankın yenilənən Balakən filialının açılışı olub

11 mart 2020 | 16:00

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 10 mart 2020-ci il tarixdə Kapital Bankın yenilənən Balakən filialının açılışı olub. Açılışda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və digər qonaqlar iştirak edib.
   Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Balakən filialı, Balakən şəhəri, M.Əsədov küçəsi, 26  ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
   Kapital Bank-ın Balakən filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yenilənən filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
   Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Müştərilər bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.                   

Keçidlər