Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Böyük Vətən müharibəsi veteranları ilə görüş olmuşdur

08 may 2013 | 15:00

1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi Qələbədən 68 il ötür.
Əlamətdar gün münasibətilə mayın 9-da Balakən rayonunda müharibə veteranları ilə görüş keçirilmişdir. Rayon rəhbərliyi, müharibə veteranları və ictimaiyyət nümayəndələri əvvəlcə Katex kəndinə gələrək, 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Ana” abidəsinin önünə gül-çiçək düzmüş, müharibə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Bayram süfrəsi ətrafında davam edən tədbirdə çıxış edənlər 600 mindən artıq soydaşımızın iştirak etdiyi bu müharibədə xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıq və şücaətlərdən bəhs etmişlər. Bildirilmişdir ki, müharibədə iştirak edən 7 min nəfərə yaxın balakənlidən 3 mini geri qayıtmamışdır. Hazırda rayonda 1941-1945-ci illər müharibəsinin 21 veteranı yaşayır. Bu insanlar hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Onların keçdiyi şərəfli həyat yolu gənc nəsillər üçün hər zaman örnək olaraq qalacaqdır.
Görüşün sonunda müharibə veteranlarına hədiyyələr təqdim olunmuşdur.

Keçidlər