Balakəndə Ulu Öndərin 90 illiyi münasibətilə kross yarışı keçirilmişdir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə mayın 10-da Balakən şəhərində kross qaçışı üzrə yarış keçirilmişdir.
AzərTAc xəbər verir ki, 400 nəfərə yaxın yeniyetmə və gəncin iştirak etdiyi birincilikdə idmançılar 1500 metr məsafəyə qaçışda qüvvələrini sınamışlar.
Oğlanların yarışında Elçin Muradov, qızların mübarizəsində isə Maidə Çirinqova bütün rəqiblərini qabaqlayaraq qalib gəlmişlər.
Yarışda ilk yerləri tutan idmançılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Ulu Öndərin 90 illik yubileyi münasibətilə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Balakəndə şahmat, güləş və voleybol idman növləri üzrə də birinciliklər keçirilmişdir.