Özəl sahibkarlıq müəssisəsi olan “UĞUR” Tibb Mərkəzi tərəfindən tibbi ləvazimatlar paylandı.
03 aprel 2020 | 16:00
Koronavirus (COVID-19) pandemiyasının əhali arasında yayılmasının qarşısını almaq məqsədilə Balakən rayonunda fəaliyyət göstərən “UĞUR” Tibb Mərkəzi, rayon Kommunal Müəssisələri Kombinatı Məhdud Məsuliyyətli Cəmiyyətində, Mənzil İstismar Müəssisəsində və Yaşıllıq Təsərrüfatı Sahəsi Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət göstərən 250 nəfər işçiyə tibbi ləvazimatlar (sabun, qoruyucu masqa, yod, əlcək, hidrogen peroksid, pambıq) vermişdir. Həmçinin işçilərə tibbi məsləhətlər izah edilmişdir.
Eyni zamanda “UĞUR” Tibb Mərkəzi tərəfindən yaşlı və imkansız vətəndaşlara 50 faiz tibbi xidmətdə endirim tətbiq olunur.