Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına ciddi nəzarət edilir

03 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Balakən rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət gücləndirilib.
   Aprelin 3-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və mobil qrupun üzvləri şəhərin küçə və prospektlərində əhali ilə söhbət apararaq, rayonun ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin qaydalarına ciddi riayət olunmasının vacibliyini onların diqqətinə çatdırıb.
   Qeyd olunub ki, rayon icra hakimiyyəti aparatının əməkdaşlarından, inzibati ərazi nümayəndəliklərindən, bələdiyyə üzvlərindən ibarət 25 mobil qrup gündəlik olaraq əhali arasında maarifləndirici təbliğat işləri aparır.
   Rayon rəhbərliyi, həmçinin xüsusi karantin rejimində fəaliyyətlərinə icazə verilmiş həyati əhəmiyyət daşıyan bir sıra sahibkarlıq subyektlərində və şəhərin küçələrində koronavirus infeksiyası ilə mübarizə çərçivəsində aparılan dezinfeksiya tədbirləri ilə də maraqlanıb.                         

Keçidlər