Balakən rayonunda tütün əkininə başlanıldı.
04 aprel 2020 | 16:00
2020-ci təsərrüfat ili üçün tütün şitillərinin sahəyə köçürülməsinə başlanmışdır. Artıq təsərrüfatçılar 11 hektar sahəyə sadə istixanalarda qulluq etdikləri şitilləri aqrotexniki qaydalara uyğun köçürməyə başlamışlar.
Cari ildə 450 hektara yaxın tütün əkini proqnozlaşdırılmışdır. Rayon İcra Hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birgə təsərrüfatçılarla mütəmadi əlaqə saxlanılır, onların təklif və problemlərinə baxılır.