Şriftin ölçüsü :

Saytın rəngi :

GÜNÜMÜZÜN QƏHRƏMANLARI

15 aprel 2020 | 16:00

 Balakən rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
   Tərtib olunan qrafikə uyğun olaraq Balakən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən rayonda genişmiqyaslı dezinfeksiya işləri fasiləsiz olaraq davam etdirilir. Xüsusi dezinfeksiyaedici məhlullarla gün ərzində çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış obyektləri, inzibati binalar, sərnişin dayanacaqları və marşurut avtobusları, kənd həkim və tibb məntəqələri mütəmadi olaraq dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb olunub. Dezinfeksiya işlərinə cəlb olunmuş işçilərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib.
     Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
   Bu gün infeksiya ilə mübarizədə öndə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə, xüsusilə Balakən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.                       

Keçidlər