Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə aztəminatlı ailələrə ərzaq yardımı göstərilib

16 aprel 2020 | 16:00

 Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində Balakən rayonun qəsəbə və kəndlərində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir.
   Rayonun ərazisində dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri aparılır, xüsusi karantin rejimi qaydalarına riayət edilməsinin vacibliyi onlara izah olunur.
   Xüsusi karantin rejimi dövründə evdə qalan insanlara, xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz şəxslərə, imtiyazlı ailələrə xüsusi diqqət göstərilir.
   Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu kateqoriyadan olan vətəndaşlara müxtəlif ərzaq yardımlarının verilməsi sahibkarlar, iş adamları, bələdiyyələr, hüquqi şəxslər tərəfindən də dəstəklənir.
   16 aprel 2020-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən növbəti aksiyada RİH-nin əməkdaşları, YAP Balakən rayon təşkilatı, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin fəalları və DSMF-nin rayon şöbəsinin sosial xidmət sahəsində çalışan işçiləri tərəfindən aztəminatlı, köməyə ehtiyacı olan, ahıl, tənha vətandaşlara ərzaq sovqatı paylanılıb və onlara virusdan qorunmanın yolları izah edilib.
   Bu cür aksiyalar davam etdiriləcəkdir.                                                                        

Keçidlər