Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirib

05 may 2020 | 16:00

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı onlayn müşavirə keçirib.

   Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.

   Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il saat 00:00-dək uzadılmasına, eyni zamanda bu məhdudiyyətlərin mərhələli şəkildə həyata keçirilməsinə dair qərar qəbul edildiyini bildirib.

   Rayon rəhbəri bununla əlaqədar nümayəndələrə xüsusi karantin rejimi müddətində fəaliyyətlərini Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydalara uyğun qurmalarını, ərazi üzrə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görmələrini, yaradılmış mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə mütləq qaydada istifadəsinə dair təlimatlandırma işlərinin və ictimai yerlərdə digər şəxslərlə az ünsiyyətdə olmaları kimi təbliğat işlərin aparılmasını tapşırıb.

   Həmçinin İslam Rzayev rayonda yaşı 65-dən yuxarı insanlara, eyni zamanda digər kateqoriyadan olan və tənha yaşayan, sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən köməkliklərin davam etdirilməsini, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasını və bu işdə hər hansı bir neqativ halın yolverilməz olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.                                                                            

Keçidlər