Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası sahəsində görülmüş işlər müzakirə edilmişdir

13 may 2013 | 15:00

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə mayın 13-də Balakən rayonunda “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyətinin öyrənilməsi məqsədilə ictimai dinləmələr keçirilmişdir.
Rayonların yerli icra hakimiyyəti, bələdiyyə və hüquq mühafizə orqanlarının rəhbər və məsul şəxslərinin, dairə seçki komissiyaları sədrlərinin, yerli qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri dinləmələrdə əvvəlcə Balakən  rayonunda Milli Fəaliyyət Proqramının icrası sahəsində görülmüş işlər barədə məlumat verilmişdir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsində Proqramın məqsəd və vəzifələri, insan hüquqları üzrə müvəkkilin bu sahədəki fəaliyyəti, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər və digər məsələlər geniş əksini tapmışdır.
Dairə seçki komissiyalarının sədrləri vətəndaşların seçki hüququnun təmin edilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır.

Keçidlər