Balakən Rayon İcra Hakimiyyətinin qanvermə aksiyasına Rayon Polis Şöbəsinin əməkdaşları da qoşuldu.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Balakən rayonu da qoşuldu. 07 may 2020-ci il tarixdə Mərkəzi Rayon Xəstəxanasında keçirilən qanvermə aksiyasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, Rayon Polis Şöbəsinin əməkdaşları könüllü olaraq iştirak etmişdir. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiyada toplanan qan xüsusi laborator müayinədən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.