Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günündə rayonun daha iki yaşayış məntəqəsi qazlaşdırılmış, yeni məktəb binası istifadəyə verilmişdir

30 may 2013 | 15:00

28 May - Respublika Günündə Balakən rayonunun Qabaqçöl qəsəbəsinin, habelə Şərif və Qaracabinə kəndlərinin əhalisi dəyərli bayram hədiyyəsi almışlar.
Qabaqçöl qəsəbəsinə və Şərif kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri çıxış edərək sakinləri əlamətdar bayram - Respublika Günü münasibətilə təbrik etmiş, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, hazırda rayon üzrə 15 min 781 abonent təbii qazdan istifadə edir. Rayonda əhali abonentləri üzrə qazlaşma 88 faiz təşkil edir. İlin sonunadək qazlaşma işlərinin tam başa çatdırılması nəzərdə tutulmuşdur. 245 abonenti olan Qabaqçöl qəsəbəsinin və 637 abonenti olan Şərif kəndinin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 70 min metrə yaxın olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Sakinlər çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Həmin gün rayonun Qaracabinə kəndində də dövlət vəsaiti hesabına inşa edilmiş 80 şagird yerlik yeni məktəb binasının açılış mərasimi olmuşdur.
Mərasimdə hazırda rayonun kəndlərində daha 5 yeni məktəb binasının tikintisinin davam etdirildiyi, bu təhsil ocaqlarının yeni dərs ilində istifadəyə veriləcəyi diqqətə çatdırılmışdır.

Keçidlər