Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli kümçülər indiyədək 29 tondan çox yaş barama istehsal ediblər

09 iyun 2020 | 16:00

Balakən rayonunda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər indiyədək rayondakı qəbul məntəqəsinə 29 ton 90 kiloqram yaş barama təhvil veriblər.
    Builki mövsümdə barama yetişdirmək üçün 358 kümçü ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb. Qazma kəndindən Tahir Məmliyev indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 530,8 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 10,5 qutu, yəni 200 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. O, nəzərdə tutulduğundan 109,7 kiloqram çox yaş barama istehsal edib. Qazma kəndindən olan digər kümçü Namiq İbrahimli bu günədək məntəqəyə 380,6 kiloqram, Mahamalar kəndindən Nişanə Xəlilova 351 kiloqram, Katex kəndindən Şəfiqə Şabanova 312,1 kiloqram, Hənifə kəndindən Süleyman Qaracayev isə 301,3 kiloqram yaş barama təhvil veriblər.                                                                             

Keçidlər