Şriftin ölçüsü :

Saytın rəngi :

28 May-Respublika Gününə həsr olunmuş şahmat turniri başlamışdır

27 may 2013 | 15:00

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 28-də Balakən şəhərindəki “Gənclər evi”ndə məktəblilərin Respublika şahmat turniri başlamışdır.
Ənənəvi olaraq hər il keçirilən və 28 May-Respublika Gününə həsr olunan turnirdə ölkəmizin 30 şəhər və rayonunun şahmat məktəblərini təmsil edən 150-dək idmançı mübarizə aparır.
Turnir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək Ulu Öndərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Altı yaş qrupu üzrə İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olacaq turnirə iyunun 5-də yekun vurulacaqdır.
Turnirin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər