Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlamlığımızın keşiyində duran həkimlər fəxrimiz və qürurumuzdur

17 iyun 2020 | 16:00

 Azərbaycan səhiyyəsində uzun illər boyu əldə edilmiş nailiyyətlər artıq bu gün öz bəhrəsini verir. Bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə çoxsaylı tibb müəssisələri inşa edilərək istifadəyə verilib, həkimlərin maddi təminatı yaxşılaşdırılıb, peşəkar kadrlar yetişdirilib, tibbi personalın peşəkarlıqla fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
   Həkimlərimizə verilən dəyərin və fəaliyyətlərinə bəslənilən əhəmiyyətin təzahürü olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
   Həkimlik çox nəcib və məsuliyyətli peşədir, insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq isə müqəddəs və şərəfli bir vəzifədir. Bizim həkimlərimiz və tibb işçilərimiz hər zaman, xüsusilə də ölkəmizi bürümüş koronavirus pandemiyası dövründə bu vəzifəni məsuliyyətlə və vicdanla yerinə yetirirlər. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlığının müdafiəsi əsas vəzifələrinə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür və bu ağır dövrdə sağlamlığımızın keşiyində duran həkimlər bu günün qəhrəmanlarıdır, fəxrimiz və qürurumuzdur.
   İnsanların sağlamlığını, həyatını təhdid edən koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə regional karantin mərkəzi kimi fəaliyyət göstərən Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri də əzmkarlıq məsuliyyət və əsl fədakarlıq nümunəsi göstərirlər. Onlar öz sağlamlıqlarını təhlükəyə ataraq  bu çətin işdə yorulmadan mübarizə aparır və hər bir xəstəyə xüsusi qayğı ilə yanaşırlar.
   Dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması, koronavirus xəstəliyinə yoluxmuş insanların müalicəsi ilə gecə-gündüz məşğul olan tibb işçilərinin əməyini yüksək qiymətləndirir, onlara maddi və mənəvi dəstək göstərir.
   Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin sərəncamı ilə Rayon Mərkəzi Xəstəxanasının  koronavirus infeksiya ilə mübarizədə ön cəbhədə olan, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görən bir qrup həkimi 17 iyun-Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı münasibətilə Fəxri Fərmanla təltif edilib.
   Peşə bayramı münasibətilə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırıq.

Keçidlər