Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük - vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir

17 iyun 2020 | 16:00

 Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Balakən rayonunda da dövlət qurumları və təşkilatlarının könüllülərinin əlaqələndirilmiş fəaliyyəti davam etdirilir.
   Balakən rayonunda koronavirus (COVID-19) pandemiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə könüllülərin yardım aksiyalarında fəaliyyəti davam edir.
   Keçirilən aksiyalar çərçivəsində könüllülər yaşlı insanların, aztəminatlı və şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, müharibə iştirakçılarının evlərinə baş çəkir, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.
   Könüllülülər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərində fəallıq göstərirlər. Onlar əhaliyə pandemiya ilə bağlı təşviqat vasitələri, küçədə maskasız gəzən şəxslərə tibbi maskalar və gigiyenik vasitələr paylayırlar.
   “Könüllü Qonşu” aksiyası çərçivəsində rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylanılıb, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilib. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstəriblər.
   “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində gənclər rayon ərazisində  parklarda  gediş-gəliş zamanı sosial məsafənin saxlanılmasını təmin etmək üçün istiqamətləndirici nişanlar çəkir, maarifləndirici məlumatlar qeyd olunan stikerləri istirahət məkanlarına yapışdırıblar.
   Fəaliyyətlərə cəlb olunan könüllülər zəruri texniki təchizat və ləvazimatlarla, gigiyena vasitələri ilə təmin olunurlar və müvafiq təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılırlar.
   Balakənin gənc könüllüləri pandemiya dövründə dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdiriblər. Onların yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir.
   Könüllülük-vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Koronavirus (COVID-19) pandemiyası dövründə şəhid və aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərin və tənha insanların evlərinə baş çəkən rayonun gənc könüllüləri əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsi olduğunu bir daha nümayiş etdirirlər.

Keçidlər