Şriftin ölçüsü :

Saytın rəngi :

BMT nümayəndələri Balakəndə

21 may 2013 | 15:00

 Mayın 21-də  rayon İcra Hakimiyyətinin  başçısı cənab İslam Rzayev  BMT-in Qaçqınlar  üzrə  Ali Komissarlığının Azərbaycan üzrə rəhbəri Daq Siqurdson  və BMT –nin Cenevrədə yerləşən  monitorinq  mərkəzinin  rəsmisi  Nadin Volkini  qəbul  etmişdir.
Qonaqları səmimi salamladıqdan sonra  rayon rəhbəri onları maraqlandıran  suallara ətraflı  cavab vermişdir.
Ölkəmizin ,eləcə də rayonumuzun sosial-iqtisadi  sahədə durmadan inkişaf etdiyini qeyd edən rayon  rəhbəri qaçqın və məcburi köçkünlərə rayonda  göstərilən dövlət qayğısı barədə geniş məlumat vermişdir.
Rayonda hazırda 28 qaçqın və 65  məcburi köçkün ailəsinin  yaşadığı barədə məlumat  verən rayon rəhbəri bildirdi ki, hazırda  qaçqınlar üçün 1-4 otaqlı mənzillərdən ibarət 45  mənzilli yaşayış evinin inşası tamamlanmaq üzrədir. Bundan başqa qaçqınlar üçün 2 əlavə yaşayış binasının  inşası nəzərdə tutulmuşdur.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ölkə prezidenti  cənab İlham Əliyevin apardığı işləri qeyd edən rayon  rəhbəri iqtisadi cəhətdən güclənən ölkəmizin bu məsələni lazım gələrsə hərb yolu ilə də həll etmək qabiliyyətində olduğunu  bildirdi.
Rayon rəhbəri ilə görüşdən məmnun qalan  qonaqlar məcburi köçkünlərin internat və texniki peşə məktəbində oldular. Məktəbin həyətində köçkünlərlə görüşən BMT təmsilçiləri köçkün Eyvaz İbrahimovun və digərlərinin yaşayış şəraiti ilə  yerlərində tanış oldular.
Qonaqlar qaçqınlar üçün inşa edilən  45 mənzilli binada tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra baxandan sonra Heydər Əliyev  mərkəzində oldular, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.
Ümidvarıq ki, Balakəndən xoş əhval-ruhiyyə ilə ayrılan BMT təmsilçiləri Azərbaycan həqiqətlərini lazımi ünvanlara obyektiv və qərəzsiz çatdıracaqlar.

Keçidlər