Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günədək Balakəndə 31 tondan çox yaş barama istehsal olunub

19 iyun 2020 | 16:00

Balakən rayonunda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər indiyədək rayondakı qəbul məntəqəsinə 31 ton 50 kiloqram barama təhvil veriblər.
   Bu il Balakən rayonunda barama yetişdirmək üçün 358 kümçü ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurdları rayonun özündə inkubasiya olunub.
   Qazma kəndindən Tahir Məmliyev bu il qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 530,8 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 10,5 qutu, yəni 200 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. O, nəzərdə tutulduğundan 109,7 kiloqram çox yaş barama istehsal edib. Qazma kəndindən olan digər kümçü Namiq İbrahimli cari mövsümdə qəbul məntəqəsinə 380,6 kiloqram, Mahamalar kəndindən Nişanə Xəlilova 351 kiloqram, Katex kəndindən Şəfiqə Şabanova isə 312,1 kiloqram yaş barama təhvil verib.                                                     

Keçidlər