Balakənli təsərrüfatçılar bu il 425 hektar sahədə tütün yetişdirirlər
19 iyun 2020 | 16:00
Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 389,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 32,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində yerli sort tütünün yarpağının dəriminə başlanılıb.
Rayonda ilk olaraq tütün yığımı Gərəkli kəndindən olan Ələddin Xıpıyevin təsərrüfatında aparılıb. “Virciniya” növlü tütünün yığımına isə yaxın günlərdə başlanılacaq.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədə tütün əkib, 512,3 ton quru tütün istehsal ediblər.