Balakənli məzunlar son zəngin sevincini yaşamışlar
Tədris ilinin başa çatması münasibətilə mayın 31-də Balakən rayonunun 35 tam orta məktəbində son zəng mərasimləri keçirilmişdir.
Rayonun icra strukturlarının məsul nümayəndələrinin və valideynlərin iştirakı ilə keçirilən mərasimlərdə ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, məktəb kollektivlərinin ötən tədris ilində qazandıqları uğurlardan bəhs edilmişdir.bu tədris ilində rayonun tam orta məktəblərini 770 şagird bitirir. Məktəblilərdən 11-i respublika fənn olimpiadalarında uğur qazanmış, ikisi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş respublika inşa yazı və rəsm müsabiqələrinin qalibi olmuşdur. Bundan əlavə, rayon məktəbliləri müxtəlif idman növləri üzrə keçirilən respublika birinciliklərində də uğurla çıxış etmiş, medallara layiq görülmüşlər.
Son zəng mərasimləri məzunların və birincilərin hazırladıqları rəngarəng konsert proqramları ilə davam etmişdir.