Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı növbəti onlayn müşavirə keçirib

02 iyul 2020 | 16:00

    İyunun 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda karantin rejimi qaydalarına riayət edilməsi, əhali arasında maarifləndirmə və təbliğat işlərinin daha da genişləndirilməsi və cari məsələlərlə bağlı  növbəti onlayn müşavirə keçirib.
Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müşavirədə qeyd edib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Prezident cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə ölkə başçısı COVİD-19 ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.    Təklif Nyu Yorkda 120 Qoşulamama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və  130-a qədər BMT üzv dövləti Prezident cənab İlham Əliyevin təşəbbüsünə qoşulmuşdur. Qoşulmama Hərəkatının sədri statusunda Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
    Daha sonra rayon rəhbəri vurğulayıb ki, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən ölkə üzrə bu infeksiyaya yoluxanların sayı artıb. Bununla əlaqədar olaraq Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən görülən tədbirlər artırılmalı, əhali arasında maarifləndirmə işi gücləndirilməlidir.
Daha sonra müşavirədə cari məsələlər müzakirə olunub və Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tərəfindən aidiyyəti  tapşırıqlar verilib.

Keçidlər