Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda dezinfeksiya işləri davam etdirilir

04 iyul 2020 | 16:00

Balakən rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
   Bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib.
   Balakən şəhərinin prospekt və küçələri, yaşayış binalarının ətrafı, insanların yığcam toplaşdıqları yerlər, o cümlədən sərnişin dayanacaqları və məişət tullantıları qutuları yoluxucu xəstəliklərin profilaktikası məqsədilə dezinfeksiya olunub.                                                                  

Keçidlər