Oğlanlar arasında voleybol üzrə respublika birinciliyinə yekun vurulmuşdur
12 iyun 2013 | 15:00
Balakən Olimpiya İdman Kompleksində idman məktəblərinin VI respublika oyunlarının proqramına daxil olan 13-14 yaşlı oğlanlar arasında voleybol üzrə respublika birinciliyinin final mərhələsi başa çatmışdır.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışların final mərhələsində 8 komanda mübarizə aparmışdır.
Final oyununda Sumqayıt şəhərinin və Salyan rayonunun komandaları qarşılaşmışlar. Rəqiblərini 2:0 hesabı ilə məğlub edən Salyan voleybolçuları birinciliyin qalibi adını qazanmışlar. Üçüncü yer uğrunda oyunda isə Gədəbəy voleybolçuları Şəki təmsilçilərinə qalib gəlmişlər.
Qaliblərə nazirliyin diplomları və medalları təqdim olunmuşdur.