Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunmuşdur

15 iyun 2013 | 15:00

15 İyun - Milli Qurtuluş Günü Balakən rayonunda silsilə tədbirlərlə geniş qeyd olunmuşdur.
İyunun 14-də rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyev parkında dahi rəhbərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra şəhərin Heydər Əliyev prospektində yeni salınmış, sakinlərin istirahətləri üçün hər cür şərait yaradılmış seyrəngahın açılış mərasimi olmuşdur.
Daha sonra “Qubek” otelində Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilmişdir.
Rayon rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransda dinlənilən məruzə və çıxışlarda 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha geniş nəzər salınmış, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışılmışdır. Bildirilmişdir ki, son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunmuş, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılmış, Azərbaycan dünya birliyində özünə layiq yer tutmuşdur.

Keçidlər