Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan-Ermənistan dövlət sərhədininin Tovuz rayonu sahəsində pozulması növbəti erməni təxribatıdır.

14 iyul 2020 | 16:00

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozularaq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmənin qısa müdət ərzində geri otuzdurulmaqla, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər vurulmuşdur. Törədilmiş təxribat cəhdinə qarşı Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşımaqla düşmənə tutarlı və qətiyyətli cavab olmuşdur.
   Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirməsi nəticəsində düşmənin xeyli texnikası və canlı qüvvəsi məhv edilmişdir.
   Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi ilə törədilmişdir.
   Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran vəziyyəti yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan isə faktiki olaraq ölkədə diktatura qurmuşdur.O, bütün siyasi rəqiblərini təqib edərək, həbs etdirir. Ölkədəki ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salaraq ölkədə qarşıdurma yaratmışdır.

Keçidlər