Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ildə Balakəndə qarğıdalı sahələri 619 hektar genişləndirilmişdir-A

24 iyun 2013 | 15:00

Son illər Balakən rayonunda qarğıdalı əkininə maraq artmışdır. 2008-ci ildə rayonda “Azəryem Sənaye” MMC-yə məxsus yem istehsalı zavodunun fəaliyyətə başlaması bu sahənin inkişafına böyük təkan vermişdir.
Cari ildə təsərrüfatlarda qarğıdalı əkin sahələri 619 hektar genişləndirilərək 7 min 61 hektara çatdırılmışdır. Ümumiyyətlə, son iki ildə rayonda qarğıdalının əkin sahələri 2 min 200 hektar genişləndirilmişdir. Ötən il rayonun tarixində rekord miqdarda – 41 min 76 ton dən qarğıdalı istehsal olunmuşdur. Hər hektardan orta hesabla 63,8 sentner məhsul götürülmüşdür.
Hazırda təsərrüfatlarda qarğıdalı sahələrinə yemləmə gübrəsi verilir, becərmə işləri aparılır. Sahələrdə bitiş normaldır. Mütəxəssislərin bildirdiyinə görə, bu il məhsul istehsalının ötən ilə nisbətən daha da artacağı gözlənilir.

Keçidlər