Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir

15 avqust 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin iştirakı ilə Qazma və Tülü kəndlərinin ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reydlər keçirilib.
   Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı ictimai iaşə obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl olunması, xidmət obyektlərində çalışanların tibbi gigiyenik vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb.
   Aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və inzibati qaydada cərimə tətbiq olunub. Həmçinin obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilir.
   Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir.                                                  

Keçidlər