Məcburi köçkünlər üçün inşa edilən yaşayış binasında son tamamlama işləri görülür
24 iyun 2013 | 15:00
Balakən şəhərində məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına inşa edilən 45 mənzilli yaşayış binasında son tamamlama işləri görülür.
Tikintisinə cari ilin əvvəlində başlanan 5 mərtəbəli binanın artıq dam örtüyü quraşdırılmış, daxili suvaq işləri başa çatmışdır. Binanın həyətində yanğınəleyhinə və içməli su anbarları tikilmişdir. Hazırda binanın fasad hissəsində suvaq işləri görülür, həyət abadlaşdırılır. Evin bu ilin avqustunda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.