Balakəndə koronavirus əleyhinə təkrar dezinfeksiya işləri aparılıb
15 avqust 2020 | 16:00
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Avqustun 15-də Balakən şəhərinin prospekt və küçələrində, parklarda, həmçinin infeksiyaya daha çox yoluxma hallarının müşahidə olunduğu Qazma, Tülü və digər kəndlərdə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Əlaqədar qurumların texnika və mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, səkilər dezinfeksiya edilib.