Şriftin ölçüsü :

Saytın rəngi :

Tütün təhvili uğurla davam etdirilir.

19 avqust 2020 | 16:00

Cari təsərrüfat ilində Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Təsərrüfatçılar 361,5 hektar sahədə "Virciniya" növ, 3 hektarda "Berley ətirli" növ və 60.5 hektarda yerli "İmmuniy" növlü tütün sortları yetişdirirlər.

   Təsərrüfatçılar becərdikləri tütünü "Azərtütün ASK" MMC, "Azəri" Korporasiyası və "İlham M" MMC müəssisələrinə təhvil verirlər. 19.08.2020-ci il tarixə "Azərtütün ASK" MMC-yə 900 ton,  Azəri Korporasiyasına 601 ton yaş tütün təhvil vermişlər. İlham M MMC müəssisəsinə isə 3 ton quru tütün təhvil vermişlər. Əvvəlki illin müvafiq dövrü ilə müqayisədə əkin sahəsi az olmasına baxmayaraq 1.8 dəfə çox yaş tütün təhvil verilmişdir. Əlbətdə bu təsadüfü olmamışdır. Aparılmış təhlillər və proqnozlar nəticəsində münbit torpaqlar tütün əkininə cəlb olunmuş, hər bir sahənin aqrotexniki qulluğu nəzarətdə saxlanmışdır.

   İxrac yönümlü tütün məhsulunun təsərrüfatçılar tərəfindən sevilərək əkilməsinə əsas səbəblərdən biri də cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Balakən rayonunda istifadəyə verilmiş tütün qəbulu məntəqəsinin böyük əhəmiyyəti vardır.

   Tütünçülük sahəsinin ən  diqqət cəlb edən sahələrindən biri də əhalinin məşğulluğunun təmin olunmasıdır. Rayonda yanvar ayından istixanaların hazırlanmasından, tütün şitillərinin sahəyə köçürülməsinədək və onlara aqrotexniki xidmətlə bərabər, tütün yarpaqlarının qırımı prosesinədək işçi qüvvəsinə təlabat yaranır və nəticə etibarı ilə yüzlərlə vətəndaş təsərrüfatlarda çalışaraq öz ailə gəlirlərinin formalaşmasında iştirak edirlər.                           

Keçidlər