Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı növbəti reyd keçirilib

21 avqust 2020 | 16:00

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən  rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.
   Xüsusi karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Katex kəndi ərazisində növbəti reyd keçirilib.
   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin iştirak etdiyi reydlər zamanı insanlar tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması, ictimai nəqliyyatda tibbi gigiyenik vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb. Həmçinin sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Balakənə gələn avtomobillər saxlanılıb. Aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və 5 sürücüyə inzibati qaydada protokol tərtib olunub.
   Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunda COVİD-19 infeksiyasına yoluxanların sayı azalıb, xəstəliyin yayılmasının qarşısı alınıb.
   Balakən rayonunda Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq tədbirlərin görülməsi davam etdiriləcəkdir.             

Keçidlər