Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Balakənin fındıq bağlarından 6 min tonadək məhsul gözlənilir

03 sentyabr 2020 | 16:00

Balakən rayonunun fındıq bağlarında cari  mövsümün ilk məhsulunun yığımına başlanılıb. Mövcud fındıq bağlardan 6 min tonadək məhsul tədarük olunması gözlənilir.
   Ölkə başçısı cənab İlham Əliyevin  kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər rayon ərazisində 4 min 765 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 10 min 542 hektara çatdırılıb. Bu bağların 5 min 571 hektarı barverən bağlardır.
   2019-cu ildə Balakən rayonunda fındıq bağlarından 6 min 262 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıqçılıqdan 18 milyon manatdan çox gəlir əldə edib. Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 3-4 manat  intervalında dəyişir.                                                  

 

Keçidlər