Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli fermerlər emal məntəqələrinə 2000 tondan çox yaş tütün təhvil veriblər

03 sentyabr 2020 | 16:00

Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 361,5 hektar sahədə “Virciniya”, 60,5 hektarda yerli “İmmuniy” və 3 hektarda “Berley ətirli” növlü  tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Təsərrüfatçılar indiyədək sahələrdən 2058 ton yaş tütün yarpağı toplayaraq emal məntəqələrinə təhvil veriblər.
   Tütün istehsalçıları mövsümün əvvəlindən indiyədək “Azərtütün ASK” MMC-yə 1171 ton, “Azəri Korporasiyası”na 720 ton yaş tütün, eyni zamanda, “İlham M” MMC-yə 3 ton quru tütün təhvil veriblər. Cari ildə keçən ilə nisbətən 25 ha az sahədə tütün əkilməsinə baxmayaraq, keçən ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə çox yaş tütün təhvil verilib. Məhsuldarlığın artmasına səbəb, ilk növbədə, münbit torpaqların tütün əkininə cəlb edilməsi, həmçinin aqrotexniki qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsi nəticəsində mümkün olub.                                                                                       

Keçidlər