Güclü qasırğa infrastruktura və əkin sahələrinə xeyli ziyan vurmuşdur
İyunun 25-də səhər saat 3-4 radələrində baş vermiş güclü qasırğa nəticəsində rayonunda infrastruktura, elektrik və rabitə xətlərinə, əkin sahələrinə, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəymişdir.
Təbii fəlakət nəticəsində rayon ərazisində 120-dən çox iri gövdəli ağac aşmış, fərdi evlərin, vətəndaşların həyətlərində olan yardımçı tikililərin dam örtükləri zədələnmişdir. Qasırğa nəticəsində rayonun əksər yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi tam kəsilmişdir.
Rayonun kənd təsərrüfatına da ciddi ziyan dəymiş, 1000 hektara yaxın sahədə qarğıdalı bitkisi yerə yatmışdır.
Hazırda rayon fövqəladə hallar komissiyası əlaqədar strukturlarla birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Avtomobil yolları, şəhərin küçələri ağac qırıntılarından, tör-töküntülərdən təmizlənir, elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün müvafiq tədbirlər görülür.