Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 16 yaşadək yeniyetmələrin respublika şahmat olimpiadası keçirilir

14 iyul 2013 | 15:00

Balakən Olimpiya İdman Kompleksində Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman, Təhsil nazirliklərinin təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin respublika şahmat olimpiadası başlamışdır.
“A” və “B” qrupları üzrə keçirilən yarışda respublikanın 40-dan çox şəhər və rayonundan 500-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparır.
Yarışlar 12 yaşadək şahmatçılar arasında “B” və 12 yaşdan yuxarı idmançılar arasında “A” qrupları üzrə keçirilir.
Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır.
Turnir iyulun 23-də başa çatacaqdır.

Keçidlər