Şriftin ölçüsü :

Saytın rəngi :

"Hərbi vəziyyət elan edilməsi haqqında" Fərmanın tələblərinə riayət etmək hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir

29 sentyabr 2020 | 16:00

Ölkədə hərbi vəziyyətin elan olunması və ordumuzun uğurlu əks-hücumu erməni təxribatlarına adekvat cavabdır. Cənab Prezident  İlham Əliyevin fərmanı ilə ölkədə hərbi vəziyyətin  elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu fərman ilk növbədə xalq, dövlət və ordu birliyinin təzahürüdür. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu bir daha sübut edir.
   Ermənistanın işğal siyasətinə cavab olaraq  ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
   Bu anda “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Ölkə başçısının fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış,  Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə siyasi mesajdır.  Azərbaycan dövləti  Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz  həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır və Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir.
   Bu  gün  Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı birliyin ən ali təcəssümü  olmaqla,  elan  olunmuş hərbi  vəziyyət   milli   həmrəyliyə çağırışdır.
  “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Keçidlər